Avrokuboklara vəsiqə qazanan kimi “tövbə”

Rəşad Ergün

“Xəzər Lənkəran”la bağlı iddianın doğruluq dərəcəsini bilmirəm. Amma əmin olduğum bir şey var ki, avrokuboklarda çıxış etmiş Azərbaycan klublarının əksəriyyəti, hətta hamısı oyun almağa, satmağa çalışıb, bunu bacaranlar da olub, bacarmayanlar da. Məsələ bir klub deyil. Azərbaycanlılar ola, pulları ola, oyun alveri etməyələr?

Azərbaycan Premyer Liqasında vaxt var idi oyun almayana, satmayana pis baxırdılar. Nə oldu, hamı avrokuboklara çıxan kimi “tövbə” dedi? Gözümün önündə oyunu qəsdən uduzan baş məşqçi olub, oyun bitəndən sonra yaxınlaşıb “filankəs müəllim, ayıb olsun” demişəm. Sonra da oyunu şübhəli şəkildə uduzduğunu yazmışam. Yəni məsələ təkcə “Xəzər Lənkəran” deyil. Pul varkən hər şeyi satın ala biləcəyimizi, pul yoxkən hər şeyi sata biləcəyimizi bir kərə kafamıza qoymuşuq. Sadəcə, adam çox şeyi yazmaq istəmir. Və düzü, heç yazmaq da istəmir. Kim üçün yazasan? Yaradılışı yanlış olan, dağıdılması ondan da böyük yanlış olan “Bakı”nın bazasını söküb yerində yaşayış kompleksi tikən atkafalar üçünmü?