“Qarabağ” “Sabah”a bu dəfə qalib gəldi

Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağdam klubu “Azərsun Arena”da “Sabah”la qarşılaşıb.

Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilmiş yoxlama oyununda “Sabah” 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Bu dəfə isə Ağdam klubu hər hissədə bir qol vurmaqla inamlı qələbəyə sevinib.

Bu, “Sabah” toplanış çərçivəsində ilk məğlubiyyətidi. Sözügedən komanda “Qarabağ”la yanaşı “Sumqayıt”a (1:0), “Neftçi”yə (5:2), və “Qəbələ”yə (2:0) qalib gəlmişdi. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub etmişdi.

Yoxlama oyunu

11 avqust

Qarabağ – Sabah 2:0
Qol
: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
Bakı. “Azərsun Arena” stadionu.