“Dieqo Simeone mənim fikrimi dəyişdirə bilməz” – Martins

Müqavilə ilə “Atletiko”ya məxsus olan, ancaq mövsümün əvvəlində “Monako”ya icarəyə verilən Jelson Martins İspaniyanın “Marca” nəşrinə açıqlama verib.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu Madrid təmsilçisinə qayıtmaq istəmədiyini deyib:

“Atletiko”ya qayıtmaq istəmirəm. Mənim xarakterimlə məşqçi heyətinin istəyi düz gəlmir. Dieqo Simeone də mənim fikrimi dəyişdirə bilməz”.

2019-cu ilin yanvarından “Monako”ya icarəyə verilən Martinsin müqaviləsinin müddəti iyunun 30-a qədərdir.