“Atletiko”nun yeni mövsüm üçün formaları – FOTO

“Atletiko” klubu 2022/2023 mövsümü üçün yeni formalarını təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ev forması ənənəvi olaraq qırmızı və ağ rənglərdən ibarətdir. Amma ilk dəfə olaraq, ənənəvi düz zolaqlar əvəzinə əyri zolaqlardan istifadə edilib.

“Hindurlar”ın səfər forması isə qara rəngdədir.

Yeni formalar iyulun 16-da satışa çıxarılacaq.

Bizi Telegramda izləyin