“Atletiko”nun sabiq üzvü Argentina klubunda

“Atletiko”nun sabiq futbolçusu Eduardo Salvio karyerasını Argentinada davam etdirəcək.

Komanda.az xəbər verir ki, son klubu “Benfika” olan 29 yaşlı yarımmüdafiəçi “Boka Xuniors”a transfer olunub. Bu barədə Argentina təmsilçisinin rəsmi saytı məlumat yayıb. Salvio ilə imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

Argentinanın “Lanus” klubunun yetirməsi olan Salvio, 2010-2012-ci illərdə “Atletiko”da çıxış edib. 13 dəfə də Argentina millisinin formasını geyinən yarımmüdafiəçi, 2012-ci ildə 11 milyon avro qarşılığında “Benfika”ya keçmişdi.