“Atletiko”nun koronavirusa yoluxanlarından üçü sağaldı

İspaniyanın “Atletiko” klubunun koronavirusa yoluxan futbolçularından üçü sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, bir müddət öncə COVİD-19 testi pozitiv çıxmış Joao Feliks, Mario Hermoso və Yannik Karrasko artıq tam sağalıb.

Onlar komanda ilə məşqlərdə iştirak edirlər. Hətta adıçəkilən futbolçular La Liqanın 2-ci turundan təxirə salınmış və sabah keçiriləcək “Levante” ilə səfər matçının iştirak ərizəsinə də daxil ediliblər.

Qeyd edək ki, “Atletiko”da Tomas Lemar, Hektor Herrera və Mussa Dembele də koronavirusa yoluxub.

Fevralın 17-də baş tutacaq “Levante” – “Atletiko” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button