“Atletiko”da Koşta şoku

“Atletiko”nun hücumçusu Dieqo Koşta uzun müddət yaşıl meydanlardan uzaq qala bilər.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu dərin damar trombozundan əziyyət çəkir. Bu barədə “Daily Mail” məlumat yayıb. Xəbərdə, Koştanın 6 ay yaşıl meydanlardan uzaq qala biləcəyi qeyd olunub.

İspaniyalı hücumçu koronavirusa yoluxduqdan sonra onda dərin damar trombozu yaranıb və bunun müalicəsi 3-6 ay çəkir.

Koşta bu mövsüm “Atletiko” ilə La Liqada 5 oyunda 1 qol vurub.