“Atletiko”nun hədəfindəki futbolçu: “Burda özümü yaxşı hiss edirəm”

İspaniyanın “Atletiko” klubunun transfer hədəfində olduğu deyilən “Portu”nun futbolçusu Aleks Telles açıqlama verib.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi, “Portu”dan ayrılmağı düşünmədiyini deyib:

“Portu” Çempionlar Liqasında oynayan və bütün kuboklar üçün mübarizə aparan möhtəşəm bir klubdur. Burda özümü yaxşı hiss edirəm. Son mövsümü yaxşı keçirdim, ümumilikdə 53 matçda oynadım. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı olar”.

2016-cı ildən “Portu”nun şərəfini qoruyan braziliyalı futbolçu, son mövsümdə iştirak etdiyi 53 qarşılaşmada 6 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button