O da “Atletiko”nu tərk edir

“Atletiko”nun futbolçusu Xuanfran mövsümün sonunda klubdan ayrılacaq.

Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Madrid təmsilçisinin yeni sözləşmə təklifini qəbul etməyib. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Xuanfranın mövsümün sonunda başqa kluba keçəcəyi gözlənilir. Onun “Atletiko” ilə hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.

2011-ci ildən “Atletiko”da forma geyinən müdafiəçi, bu mövsüm 29 qarşılaşmada iştirak edib.

“Atletiko”da bir müddət əvvəl Dieqo Qodin də klubdan ayrılacağını açıqlamışdı. Bundan əlavə, komandanın daha bir lideri Antuan Qrizmann da mövsümün sonunda Madrid təmsilçisini tərk edəcəyini bildirib.