“Atletiko”nun futbolçusu koronavirusa yoluxdu

“Atletiko”nun futbolçusu Xose Ximenes koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçinin koronavirus testi müsbət çıxıb.

Növbəti məşqdə “Atletiko”nun futbolçuları fərdi çalışacaqlar.