“Atletiko”nun futbolçusu üçün 4 “elçi”

İspaniyanın “Atletiko” klubunun futbolçusu Anxel Korrea klubu tərk edə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı forvard bir neçə klubun maraq dairəsindədir. “Milan”, “Napoli”, “Tottenhem” və “Vulverhempton” klubları Korreanı transfer etmək niyyətindədirlər. “Atletiko”nun uyğun təklif gələcəyi halda, futbolçunu sata biləcəyi deyilir.

Madrid təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi olan argentinalı futbolçunun təzminat dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.

Son mövsümdə La Liqada 35 matç keçirən Korrea, bu oyunlarda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button