“O, Poqbadan daha yaxşı futbolçudur”

“Atletiko”nun futbolçusu Tomas Parteyin meneceri Posanko Ximenes maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Ximenes, Parteyi “Mançester Yunayted”li Pol Poqbayla müqayisə edib:

“O, Poqbadan daha yaxşı futbolçudur. Ancaq afrikalı olduğu üçün mediada ondan çox danışmırlar. Onu əvvəlcə Qanada izlədim, istedadını gördüm. Bir az texniki cəhətdən də inkişaf etsə, dünyanın ən yaxşı oyunçusu olar”.

Ximenes, Parteyin “İnter”ə transfer olunacağı iddialarıyla bağlı bunları deyib:

“Parteyin İtaliyaya getməməsi üçün bir səbəb yoxdur. “İnter” də “Atletiko” kimi yüksək səviyyəli klubdur”.

“Atletiko” ilə 2023-cü ilə qədər müqaviləsi olan Partey bu mövsüm 42 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button