“Messi kimisi yoxdur və nə üçün ən yaxşı olduğunu göstərdi” – “Atletiko”nun futbolçusu

“Atletiko”nun futbolçusu Saul Niqes La Liqanın 15-ci turunda “Barselona”ya məğlub olduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi, məğlubiyyətə layiq olmadıqlarını deyib:

“Məğlubiyyətə layiq deyildik, çünki yaxşı oynadıq və imkanlarımız da oldu. Ancaq Lionel Messi meydanda hər şeyi bir anda dəyişir. Bunu asan bir şəkildə edir. Messi kimisi yoxdur və nə üçün ən yaxşı olduğunu göstərdi”.