“Atletiko”nun futbolçusu İtaliyanın 3 klubunun hədəfində

“Atletiko”nun futbolçusu Santyaqo Arias karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, 28 yaşlı müdafiəçi ilə “Roma”, “İnter” və “Napoli”nin maraqlandığı bildirilib.

2018-ci ilin yayından “Atletiko”do forma geyinən Arias, bu mövsüm 11 matçda iştirak edib.