“Atletiko”nun futbolçusu millidə zədələndi

Futbol üzrə Meskika yığmasının və Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Hektor Herrera zədələnib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin düşərgəsində sıradan çıxıb.

Müayinə nəticəsində futbolçunun bud nahiyəsindəki zədə səbəbindən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Herreranın noyabrın 21-də “Barselona” ilə La Liqa, ayın 25-də isə “Lokomotiv”lə UEFA Çempionlar Liqası matçını buraxacağı dəqiqdir.