Suaresdən “el klasiko”ya şərh: “Real” istəsəydi, 4 qol vurardı”

“Atletiko”nun futbolçusu Luis Suares La Liqanın 10-cu turunda keçirilən “Barselona” – “Real” matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu, “Real”ın 2:1 hesabıyla qələbə qazandığı oyunla bağlı bunları deyib:

“Barselona” bir neçə il əvvəlki kimi deyib. Bu komanda artıq fərqli oynayır. Sanki aqressivdirlər və komanda şəklində oynamırlar. Yüksək səviyyədə oynamaq üçün kifayət qədər futbolçu yoxdur. Komandada oyun planı yoxdur.

“Barselona”nın hücum gücü zəifdir. “Real” istəsəydi, 4 qol vurardı. “Barselona” Ansu Fati olmasa, bir şey edə bilməyəcək səviyyəyə gəlib”.