“Atletiko”nun futbolçusu əməliyyat olundu

“Atletiko”nun futbolçusu Kiran Trippyer əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qarın nahiyəsində ağrılar olan 29 yaşlı müdafiəçi bu gün əməliyyat edilib.

Trippyerin yaxın zamanda məşqlərə başlayacağı bildirilib.

Bu mövsüm La Liqada 16 oyunda iştirak edən Trippyer, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button