Portuqaliyalı hücumçu “Atletiko”dan ayrılmaq istəyir

“Atletiko”nun futbolçusu Joao Feliks qışda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 22 yaşlı hücumçu oyun praktikasının azlığından narazıdır və daha çox şans qazanacağı bir komandaya keçmək istəyir.

“Transfermarkt”da dəyəri 70 milyon avro olan hücumçu bu mövsüm cəmi 4 oyuna çıxıb.