126 milyon avroluq futbolçu məşqlərdə iştirak etmir

“Atletiko”nun futbolçusu Joao Feliks artıq iki gündür komandayla birgə məşqlərdə iştirak etmir.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, portuqaliyalı hücumçuya xəstəliyi səbəbindən istirahət verildiyi bildirilib.

Bir müddətdir ki, zədədən əziyyət çəkən və fərdi məşqlər edən Feliks, bu mövsüm “Atletiko” ilə La Liqada 17 oyunda iştirak edib və 2 qol vurub.

Feliks ötən ilin yayında 126 milyon avroya “Atletiko”ya keçib.