“Atletiko”nun futbolçusu “Bavariya”da nə qədər qazanacaq?

“Atletiko”nun müdafiəçisi Lukas Hernandesin “Bavariya”ya keçidinin detalları məlum olub.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Münhen klubu ilə 6 illik müqavilə bağlayıb. Müqavilə iyulun 1-dən qüvvəyə minəcək. Almaniya klubu fransalı futbolçu üçün ümumilikdə 85 milyon avro ödəyəcək. 

Hernandes “Bavariya”da illik 13 milyon avro qazanacaq və komandanın ən yüksək ödənişli futbolçularından biri olacaq.

Fransalı futbolçu 2014-cü ildən “Atletiko”da çıxış edir.