Rəsmi: “Atletiko” braziliyalı ilə 6 illik müqavilə imzaladı

“Atletiko”nun braziliyalı futbolçu Renan Lodinin transferi üçün klubu “Atletiko Paranaense” ilə razılaşdığı xəbərini vermişdik.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı müdafiəçi ilə rəsmi müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lodi “Atletiko” ilə 6 illik sözləşmə imzalayıb.

“Atletiko” daha əvvəl Hektor Herrera, Felipe və Joao Feliksi transfer etdiyini açıqlamışdı.