“Hər şey ola bilər, özümüzü sübut etmək istəyirik” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan argentinalı mütəxəssis matçla bağlı bunları deyib:

“Möhtəşəm bir baş məşqçi tərəfindən yaxşı hazırlaşdırılmış bir komandaya qarşı oynayacağıq. Koutinyo getdikdən sonra “Liverpul” dağılmış kimi idi, ancaq daha da yaxşı oldular.

Şübhəsiz ki, bu “Liverpul” futbol tarixinə möhtəşəm bir komanda olaraq düşəcək. Güclü rəqiblə qarşılaşacağıq. Bəli, doğma meydanımızdayıq və azarkeşlərimiz bizə kömək olacaq. Ancaq meydanda olacaqlar əsasdır. Hər şey ola bilər, özümüzü sübut etmək istəyirik”.

Bu gün keçiriləcək “Atletiko” – “Liverpul” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button