“Onlara problem yaratmağa çalışacağıq” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, “Liverpul”a problem yaratmağa çalışacaqlarını deyib:

“Çelsi”, “Mançester Siti” və “Liverpul” möhtəşəm dönəmlərdən keçir. Onların oyunu insana zövq verir.

“Liverpul”un yaxşı əks-hücuma keçə biləcək hücumçuları var. Vircil van Daykın qayıdışı komandanın müdafiəsini daha da gücləndirib. Öz oyunumuzla onlara problem yaratmağa çalışacağıq”.

Bu gün keçiriləcək “Atletiko” – “Liverpul” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button