Simeone “Barselona” üzərindəki qələbədən danışdı

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 10-cu turunda “Barselona”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 1:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Futbolda oyundan-oyuna inkişaf etməlisən. Bəzən qazanırsan, bəzən də uduzursan. “Barselona” ilə əvvəlki oyunlarımızda da qələbəyə yaxın idik. Komandamın oyunundan, müdafiə və hücumdakı çıxışından məmnunam. Yaxşı qol imkanlarımız var idi, məsələn, Markos Llorente də qol vura bilərdi. Vurduğumuz qol bizə sakit oynamağa və ikinci qol üçün şanslarımızı axtarmağa imkan verdi”.