Simeone koronavirusa qalib gəldi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirusdan sağalan argentinalı mütəxəssis komandanın son məşqində iştirak edib.

Simeonenin sentyabrın 13-də verdiyi koronavirus testinin nəticəsi müsbət çıxmışdı və o, karantinə alınmışdı.