Simeone “Barselona” ilə oyundan danışdı: “Bu dəfə də fərqli olmayacaq”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 33-cü turunda “Barselona” ilə qarşılaşacaqları oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan argentinalı mütəxəssis, “Barselona”nı dünyanın ən yaxşı komandası adlandırıb:

“Barselona”nın durumu? Buna etibar etmirəm, dünyanın ən yaxşı komandasıyla qarşılaşacağıq. “Barselona” çempionluqlar qazanmış bir komandadır və heç vaxt təslim olmur. Onlar qələbəyə öyrəşib, davamlı qələbə qazanmaq istəyirlər. “Barselona”ya qarşı yaxşı oyunlarımız çox olub və bu dəfə də fərqli olmayacaq”.

Bu gün keçiriləcək “Barselona” – “Atletiko” matçı saat 00:00-da start götürəcək.