Simeone: “Bəhanə axtarmıram, “Çelsi” daha yaxşı oynadı”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”yə uduzduqları görüşü şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, 0:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Rəqibimiz qazanmağa layiq idi. İlk oyun bərabər keçsə də, qol vura bilmişdilər. Bu matçda da “Çelsi” bizdən daha yaxşı oynadı və layiq olduğu qələbəni qazandı. Qol vurmaq şanslarımız olsa da, bacarmadıq. Bəhanə axtarmıram, “Çelsi” daha yaxşı oynadı. Onları təbrik etməli və yolumuza davam etməliyik.

Oyundan sonra nələrisə demək asandır. Ancaq indi peşman olacağımız bir şey yoxdur. Joao Feliksin oynamasına sevindim. Mübarizəmizi davam etdirmək istəyirdik, ancaq bu il Çempionlar Liqasında yaxşı oynamadıq”.

“Atletiko” “Çelsi”yə ilk oyunda 0:1, cavab matçında isə 0:2 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button