“Atletiko”dan “Qranada”ya

İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Atletiko”sunun müdafiəçisi Nehuen Peresi icarəyə götürüb.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər “Qranada”nın uğurları üçün çalışacaq.

Argentinalı futbolçu daha öncə Portuqaliyanın “Famalikan” klubunda da icarədə oynayıb. O, hələ “Atletiko”nun əsas komandasında debüt etməyib.