“Atletiko”dan ayrıldı, “İnter”ə keçdi – Rəsmi

“Atletiko”dan ayrılan Dieqo Qodinin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi karyerasını İtaliyanın “İnter” klubunda davam etdirəcək. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qodinlə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.