“Atletiko” rəsmisi Qrizmannın yeni klubunu açıqladı

“Atletiko”dan ayrılacağını açıqlayan Antuan Qrizmannın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, fransız hücumçu karyerasını “Barselona”da davam etdirəcək. Bu barədə “Atletiko”nun icraçı direktoru Miqel Marin İspaniya mətbuatına açıqlamasında deyib:

“Hələ mart ayından bilirdik ki, Qrizmann “Barselona”ya gedəcək”.

Qrizmann da bir müddət əvvəl açıqlamasında yeni mövsümdən hansı klubun şərəfini qoruyacağını bildiyini demişdi.