“Atletiko”da itki – 2 aylıq sıradan çıxdı

“Atletiko” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Dieqo Kosta zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Atletiko”nun İsrail təmsilçisi “Beytar”la qarşılaşdığı yoxlama oyununda (1:2) zədələnən 30 yaşlı futbolçunun 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.