“Atletiko”da ciddi itki – 1 ay olmayacaq

“Atletiko” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dieqo Kosta zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Beynəlxalq Çempionlar kuboku çərçivəsində “Yuventus”la keçirilən matçda (2:1) zədələnən Kostanın 1 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button