Dieqo Koşta koronavirusa qalib gəldi

“Atletiko”da bir müddət əvvəl koronavirusa yoluxan Dieqo Koşta və Santyaqo Arias sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu komandanın bugünkü məşqində iştirak edib.

Koşta və Ariasda sentyabrın əvvəlində koronavirus aşkarlanmışdı.