“Real”ın yetirməsi rəsmən “Atletiko”da

“Atletiko” yay transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Espanyol”dan Mario Hermosonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Real”ın yetirməsi olan Hermoso, 2017-ci ildən “Espanyol”da çıxış edirdi.

Hermoso “Atletiko”nun bu yay aldığı 8-ci yeni futbolçudu. Madrid klubu daha öncə Felipe Monteyro, Renan Lodi, Markos Lyorente, Hektor Herrera, Joao Feliks, İvan Şaponyiçi və Kiran Trippyeri transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button