“Atletiko” yarımmüdafiəçisini itirdi

İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin fransalı yarımmüdafiəçisi Toma Lemar qeyri-müəyyən müddətə sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu omba əzələsindən zədə alıb. Onun bərpa müddəti açıqlanmır.

Qeyd edək ki, Lemar “Atletiko”da sonuncu oyununa dekabrın 22-də çxıb. O, həmin gün La Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları “Betis”lə oyunda (2:1) meydana start heyətdə çıxsa da, zədələndiyi üçün 57-ci dəqiqədə əvəzlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button