“Real” doğma meydanda xal itirdi

İspaniya La Liqasında 24-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Valensiya” Madrid “Atletiko”sunu qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Şənbə günü dörd qarşılaşma baş tutub. Çempionluq uğrunda mübarizə aparan “Barselona” əsas rəqiblərindən biri olan “Xetafe” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya klubu izləyicisi üzərində çətin qələbəyə sevinib.

“Malyorka” “Alaves”i, “Vilyarreal” “Levante”ni, “Qranada” “Valyadolid”i məğlub yola salıb.

Lider “Real” bu turda doğma azarkeşləri qarşısında “Selta”nı qəbul edib və xal itirib. “Sevilya” da “Espanyol”la ev oyunundan xal itkisi ilə ayrılıb.

İspaniya La Liqası, 24-cü tur

14 fevral

Valensiya – Atletiko 2:2
Qol
: Qabriel, 40. Kondoqbia, 59 – Lyorente, 15. Tomas, 43.

15 fevral

Malyorka – Alaves 1:0
Qol
: X.Ernandes, 63.

Barselona – Xetafe 2:1
Qol
: Qrizmann, 33. S.Roberto, 39 – Anxel, 6.

Vilyarreal – Levante 2:1
Qol
: Moreno, 9. Qomes, 61 – Mayoral, 56.

Qranada – Valyadolid 2:1
Qol
: Puertas, 81. Fernandes, 90+6 – Qvardiola, 56.

16 fevral

Sevilya – Espanyol 2:2
Qol
: Okampos, 15. Suso, 80 – Embarba, 35. Lei, 50.

Leqanes – Betis 0:0

Eybar – Real Sosyedad matçı təxirə salınıb

Atletik – Osasuna 0:1
Qol
: Oyer, 29.

Real – Selta 2:2
Qol
: Kroos, 52. Ramos, 65-pen – Smolov, 7. Mina, 85.

Bombardir: Lionel Messi (Barselona) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button