“Atletiko” “Sevilya”nı məğlub yola saldı

Futbol üzrə İspaniya La Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Madrid “Atletiko”su doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. Bu qələbə sayəsində xal hesabını 41-ə çatdıran Madrid təmsilçisi zirvədəki mövqeyini möhkəmləndirib. “Sevilya” isə 30 xalla 6-cı pillədədir.

İspaniya La Liqası, 1-ci turun oyunu

12 yanvar

Atletiko – Sevilya 2:0
Qol
: Korrea, 17. Saul, 76.