“Onun komandada qalacağını düşünürəm” – “Atletiko”nun prezidenti

İspaniyanın “Atletiko” klubunun prezidenti Enrike Sereso komandanın baş məşqçisi Dieqo Simeone və qapıçı Yan Oblakla bağlı açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Simeonenin işini dəyərləndirən klub rəhbəri, adı müxtəlif klublarla yanaşı çəkilən Oblakın gələcəyi ilə bağlı da danışıb:

“Simeone bizə daim qələbələr və titullar qazandıran möhtəşəm məşqçidir. O, komandanı istədiyi kimi oynadır, nəticələr möhtəşəm olduğu üçün bunu müzakirə edə bilmərik. İspaniyada bir məşqçinin səkkiz il və daha uzun müddət işləməsi öyrəşmədiyimiz bir haldır.

Oblakın klubla müqaviləsi var. Dünyanın ən böyük klubların marağına baxmayaraq, onun komandada qalacağını düşünürəm”.