“Atletiko” onunla vidalaşır

“Atletiko” uruqvaylı hücumçu Luis Suareslə müqaviləni yeniləməyəcək.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, futbolçu bu mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək.

35 yaşlı Suares 2020-ci ildən Madrid komandasında çıxış edir. O, “Barselona”dan 7 milyon avroya transfer olunub.

Futbolçu bu mövsüm 29 matçda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button