Milikin 5 milyon avro tələbi

“Napoli”nin futbolçusu Arkadiuş Milik karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Atletiko” 26 yaşlı hücumçunun xidmətində maraqlıdır. Tərəflər arasında danışıqların başladığı bildirilir. Milik Madrid klubundan illik 5 milyon avro tələb edib.

Bundan başqa, “Napoli”nin futbolçunun təzminat qiymətini 25 milyona endirdiyi deyilir.

2016-cı ildən “Napoli”də çıxış edən polşalı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır.