“Atletiko” müdafiəçisini 2 aylıq itirdi

İspaniyanın “Atletiko” klubunun müdafiəçisi Şime Vrsalko əməliyyat olunub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu son 2 il ərzində 3-cü dəfə sol dizindən əməliyyat olunub. Onun azı 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xorvatiyalı futbolçu 2016-cı ildən Madrid klubunun şərəfini qoruyur.