“Atletiko” “Real”ın sabiq futbolçusu üçün 40 milyon ödəyəcək

“Atletiko” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Betis”dən Serxio Kanalesi transfer etməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi də “Betis”dən ayrılmaq niyyətindədir.

“Atletiko” Kanalesin müqaviləsində olan “40 milyon avroya sərbəst qalır” maddəsindən istifadə edərək, yarımmüdafiəçini transfer etmək istəyir.

Karyerası ərzində “Rasinq”, “Real”, “Valensiya”, “Real Sosyedad” kimi klublarda forma geyinən Kanalesin “Betis”lə 2022-ci ilin yayına qədər müqaviləsi var.