“Atletiko”nun futbolçusu İngiltərə klubunda

“Atletiko” klubu futbolçusu Rodriqo Rikelmeni icarəyə verib.

Komanda.az xəbər verir ki, ispan müdafiəçi İngiltərənin “Bornmut” klubuna keçib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rikelme, 2020/21 mövsümünü “Bornmut”da keçirəcək.

“Atletiko”nun yetirməsi olan 20 yaşlı futbolçu Madrid klubunun əsas komandasıyla La Liqada 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button