“Atletiko”da ciddi itki – 3 həftə olmayacaq

“Atletiko” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Joao Feliks zədələnib. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb.

İspaniya La Liqasının 9-cu turu çərçivəsində keçirilən “Atletiko” – “Valensiya” oyununun 80-ci dəqiqəsində əvəzlənən Feliks, sağ ayaq biləyindən zədələnib. Portuqaliyalı hücumçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Atletiko” – “Valensiya” oyunu qollu bərabərə bitib – 1:1.