Təsdiqləndi!: Dembele Madrid klubu ilə anlaşıb

Fransanın “Lion” klubunun futbolçusu Mussa Dembelenin komandasını dəyişməyə hazırlaşdığını xəbər vermişdik. 24 yaşlı futbolçu “Atletiko”ya transfer edilə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, bunu “Lion”un idman direktoru Juninyo da təsdiqləyib:

“Dembele komandasını dəyişməyin vaxtı olduğunu düşünür. Onu məcbur saxlaya bilmərik. “Atletiko”yla danışıq aparırıq. Dembelenin artıq qarşı tərəflə anlaşdığını düşünürəm”.

Madrid klubu Dembeleni komandadan ayrılan Dieqo Koştanın əvəzləyicisi olaraq görür.

Dembelenin “Lion”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.