Suares və Simeone üçün əlamətdar oyun

“Atletiko” İspaniya La Liqasının 6-cı turunda səfərdə “Selta”nı məğlub edib – 2:0.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma Madrid klubunun baş məşqçisi Dieqo Simeone və hücumçu Luis Suares üçün əlamətdar olub. Belə ki, Suares “Selta” ilə matçda fərqlənərək, La Liqadakı 150-ci qolunu vurub. 195-ci oyununda bunu bacaran hücumçu, bu göstəricidə keçmiş komanda yoldaşı Lionel Messini qabaqlayıb.

150 qol səddinə ən tez çatan isə “Real”ın sabiq forvardı Kriştiano Ronaldo idi. Portuqaliyalı futbolççu 140 oyuna 150 qol vurmuşdu.

“Selta” üzərində qazanılan zəfər Simeonenin La Liqada baş məşqçi kimi 200-cü qələbəsi olub.