“Atletiko”da ciddi itki

“Atletiko” İspaniya La Liqasının 35-ci turunda “Selta” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən səfər matçında Joao Feliksin köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

La Liqanın 34-cü turunun “Malyorka” ilə matçında (3:0) zədələnən portuqaliyalı hücumçu, “Selta”yla görüşü buraxacaq.

“Selta” – “Atletiko” matçı sabah, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button