“Atletiko” ispanı xorvatla əvəz etdi

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi Zaqreb “Lokomotiv”indən qapıçı İbo Qrbiçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvat qolkiper yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

24 yaşlı qapıçı 2018-ci ildən “Lokomotiv”də çıxış edirdi. Split “Hayduk”unun yetirməsi olan qapıçı Xorvatiyanın gənclərdən ibarət yığmasında da oynayıb.

Qrbiçi transfer edən “Atletiko” öz qapıçısı Antonio Adanla da yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid klubu 33 yaşlı ispanla müddəti bitən müqaviləni yeniləməyib və o, azad agent kimi “Atletiko”dan ayrılıb. Artıq onun yeni klubu da məlumdur. Təcrübəli qolkiper Portuqaliyanın “Sportinq” (Lissabon) klubu ilə 2+1 illik müqavilə bağlayıb.