“Atletiko” ilə “Barselona” anlaşdı: Qrizmann məsələsi…

İspaniyanın “Atletiko” və “Barselona” klubları Antuan Qrizmannla bağlı məsələdə razılığa gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu fransalı futbolçuyla transfer danışıqlarına tez başladığı üçün “Atletiko”ya əlavə 15 milyon avro ödəyəcək. Bunun müqabilində Madrid təmsilçisi Qrizmannın menecerinin “Barselona” rəsmiləri ilə yazışmalarını ictimaiyyətə təqdim etməyəcək.

Qeyri-rəsmi razılaşmaya görə, katalonlar “Atletiko”nun 5 futbolçusunun transfer hüququnu alıb. Kataloniya klubunun bu hüquqdan istifadə etməsi üçün isə futbolçuların “Atletiko”dan ayrılmaq arzusu, Madrid klubuna sərfəli təzminat məbləği və klubun futbolçunu satmaq istəyi olmalıdır.

“Barselona” qiyməti iyulun 1-dən 200 milyon avrodan 120 milyona enən Qrizmannı transfer etsə də, “Atletiko” tərəflər arasında razılığın təzminat qiyməti enməmişdən əvvəl əldə olunduğunu bildirərək, katalonlardan 200 milyon avro tələb edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button