“Atletiko” futbolçusunu icarəyə verdi

İspaniyanın “Osasuna” klubu heyətini “Atletiko”nun futbolçusu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Osasuna” Madrid təmsilçisindən müdafiəçi Manu Sançesi icarəyə götürüb. 20 yaşlı futbolçuyla cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

“Atletiko” ilə müqaviləsi 2025-ci ilin yayınadək olan Sançes, cari mövsümdə Madrid klubunun  heyətində yalnız bir oyunda iştirak edib.